"Ermənistan mina xəritələrini vermir, bu çox təhlükəlidir" - İƏT Baş katibi
Siz diplomatik yollardan istifadə etmisiniz bu illər ərzində. Azərbaycan bir başqa ölkənin ərazisinin 1 sm-nə də girməyib”.
Sfera.az-ın xəbərinə görə, bunu İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Bura gəlmişik ki, quruculuq və əməkdaşlıqla bağlı yol xəritəsi formalaşdıraq, bərpa işlərini necə başlayacağımızı müəyyənləşdirək. Ermənistan mina xəritələrini vermir, bu çox mürəkkəb və təhlükəlidir. Digər məslə məscidlərlə bağlıdır. Bu dini yerlərdi, bu yerlərdə insanlar səcdə edir, bu yerlərə toxunmaq olmaz. Lakin bu yerlər dağıdılıb. Biz düşünürük ki, biz öz dəstəyimizi verək, irsin qorunması üçün hansı addımlar atıla bilər, bunu araşdıraq”, deyə Baş katib vurğulayıb.
Qeyd edib ki, Azərbaycanda bütün dinlərə hörmət bəslənilir: "Azərbaycan dözümlülük, tolerantlıq nümunəsidir, parlaq nümunədir dünya üçün. Düşünürəm gələcək daha çətin olacaq, yenidənqurma, səbir, maliyyə tələb edir. Amma Azərbaycanda, Bakıda hər il yeni layihələr həyata keçirilir, inkişaf edir”.
Yusif bin Əhməd Əl-Osaymin əlavə edib ki, İƏT Azərbaycanın bütün səylərini dəstəkləyir, Azərbaycanın arxasındadır.






