Logo

"Təklif edirəm ki, Azərbaycanda bütün sahələr açılsın!" - Deputat

"Təklif edirəm ki, Azərbaycanda bütün sahələr açılsın!" - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Rusiyada insanlar sanki epidemiya yoxdur kimi yaşayır. Küçələrdə maska taxmaq qadağası yoxdur, demək olar ki, iqtisadiyyatın heç bir sahəsi bağlanmayıb”.

Sfera.az xəbər verir ki, bunu bir neçə gündür Rusiyada olan Milli Məclisin deputatı Razi Nurullayev deyib. O bildirib ki, ölkə həmişəki fəaliyyətinə davam edir:

"Teatrlar, metrolar, digər ictimai nəqliyyat növləri, iqtisadi sahə sektorları, hamamlar, ticarət mərkəzləri və.s işləyir. Koronavirusa görə Rusiyada kiçik bir sahə belə bağlanmayıb, iş yerləri azalmayıb. İnsanlar pandemiyanı müzakirə etmir, panikaya düşmür. Eynilə bu, hökumətə də aiddir. Belə görürəm ki, Azərbaycanda sanki bir panika yaradılıb. Necə olur ki, parklarda, Bulvarda gəzən insanlar, idman edənlər maska taxmalıdırlar. Adam səhər və ya axşam saatlarında ağzında maska ilə qaçır, bu sağlamlıqdır?”.

Deputat ölkəmizdə insanların sağlamlığı üçün vacib olan bütün yerlərin bağlandığını vurğulayıb:

"Düşünürəm ki, bu sahədə Rusiyadan öyrənməli olduğumuz çox məsələ var. Həmin ölkədə yoluxanların, ölənlərin sayı Azərbaycana nisbətən daha çoxdur, amma koronavirus müzakirə obyekti deyil. İnsanlar işi-gücü ilə məşğuldur. Onları məcbur edən yoxdur ki, küçədə maska tax, yoxsa səni cərimələyəcəm. Bu nə yanaşmadır? Niyə teatrlar işləməsin, insanlar gedib məsciddə namazını qılmasınlar?  Bir ildir, ticarət mərkəzləri açılmır, idman zalları bağlıdır, bu, düzgün yanaşma deyil. Fikrimcə, iqtisadiyyatımızı zəiflətməklə bərabər, insanlarımızın da sosial-psixoloji vəziyyətini ağırlaşdırmışıq. Gözümüzün qabağında Rusiya nümunəsi var. Təklif edirəm ki, Azərbaycanda bütün sahələr açılsın və insanlar sərbəst, azad həyatını sürsün. Təbii ki, pandemiyadan irəli gələn bəzi qadağalara da əməl edək”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR