Azərbaycan Kipr Türk Cümhuriyyətini rəsmən tanıyacaqmı? - Açıqlama
Kateqoriya məlum deyil
"Bu, o qədər də asan məsələ deyil”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın müharibədə əldə etdiyi zəfərdən və bölgədə başlıca söz sahibi olmasından sonra Kipr Türk Cümhuriyyətini rəsmən tanımaq istiqamətində addım ata biləcəyini dəyərləndirərkənpolitoloq Qabil Hüseynli deyib:
"Şimali Kipr Türk Respublikasının ölkəmiz tərəfindən tanınması hələlik tezdir. Bunun üçün müəyyən proseslər getməlidir. Azərbaycan ərazi bütövlüyünü tam təmin etməyincə, torpaqlardan rus sülhməramlı qüvvələrini çıxarmayınca Kipr Türk Cümhuriyyətilə bağlı hər hansı mövqe müəyyənləşdirmək o qədər də asan məsələ deyil”.
Bununla belə həmsöhbətimiz indiki halda sözügedən türk cümhuriyyətilə siyasi deyil, digər istiqamətlərdə əməkdaşlığı mümkün hesab edir: "Azərbaycan xalqı Kıbrıs türklərilə həmrəydir. Gec-tez bu həmrəylik real diplomatik tanınmaya gətirib çıxaracaq. İndilikdə isə onlarla elmi, iqtisadi, sosial, idman və digər bu kimi sahələrdə əməkdaşlığı tədricən gücləndirə bilərik”.Elçin






