Logo

Ermənistan ATƏT və digər beynalxalq təşkilatlara münasibətdə şantaja əl atıb

Ermənistan ATƏT və digər beynalxalq təşkilatlara münasibətdə şantaja əl atıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistan yenə də beynəlxalq arenada sabotajla məşğul olmaq, destruktiv fəaliyyət göstərməkdə davam edir. Diplomatik mənbələrin məlumatına görə, Ermənistan ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin və missiyasının daha bir iliyinə - 31 mart 2022-ci ilədək uzadılmasına əngəl törətməyə cəhd göstərib. Özü də İrəvanən bu hərəkəti Donbasda gərginliyin artdığı bir ərəfəyə təsadüf edir.
Lakin hər dəfə olduğu kimi, bu dəfə də Ermənistanın beynəlxalq təşkilatlarda ciddi nüfuz və çəkiyə malik olmadığı sübuta yetdi – rəsmi Yerevan qısa müddət "müqavimət” göstərə bildi və martın 31-də missiyanın büdcəsi və mandatı təsdiqləndi.
Xatırladaq ki,  Ermənistan dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlara münasibətdə bu cür şantaja əl atıb. 2016-cı il dekabrın 31-də Ermənistan heç bir arqument gətirmədən ATƏT-in Özbəkistan və Qırğızıstandakı layihə koordinatorlarının, Rusiya-Ukrayna sərhədindəki ATƏT müşahidəçilərinin mandatının uzadılmasını və ümumilikdə 2016 il üçün ATƏT-in büdcəsinin qəbulunu bloklamışdı.
O zaman yalnız XİN başçısı E.Nalbandyanın Vyanaya çağırılmasından sonra Yerevan əsassız şantajı dayandırdı. 2019-cu ilin noyabrında Ermənistan ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun tərkibində Türkiyədən olan zabitinin olmasına etiraz edərək qrupun fəaliyyətinə imkan vermədi.
İrəvan COVİD-19-la mübarizə çərçivəsində Azərbaycanın beynəlxalq arenada irəli sürdüyü humanitar təşəbbüsləri də boykot etməyə çalışıb. Buna baxmayaraq, onun bütün bu destruktiv fəaliyyəti hər zaman iflasa uğrayıb.

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Cümşüd Nuriyev öncə bildirib ki, bu mövqe Ermənistanın  xislətindən irəli gəlir: "Ermənilər etnokorporasiya rolunda çıxış edir, həmişə onları kilsə idarə edib.  Ermənilər mərdmazarçılıq etmədən yaşaya bilmir”.

Həmsöhbətimizin fikrincə, Ukranya ilə bağlı ATƏT-in sözügedən qərarını İrəvanın əvvəlcə boykot etməsi Moskvadan gələn sifarişdir. Lakin düşmən ölkənin sonradan həmin qərarından geri dönməsi Fransadan gələn tapşırıq əsasında baş tutub: "Bu birmənalıdır.  Ermənistan iki yerə parçalanıb, Orada qərbyönümlülərlə rusiyayönümlülər arasında qarşıdurma yüksək həddədir. İrəvan Qarabağda ağır zərbəyə düçar olub. Onlar həmçinin ATƏT-dən gözlədiklərini əldə edə bilmədi.  Çünki Azərbaycanın qələbəsindən sonra artıq ATƏT-də söz sahibi deyil”.

C. Nuriyev qeyd etdi ki, bu addımdan sonra Ermənistanın oyuncaq dövlət olduğu tamamilə hər kəsə bəlli oldu: "İrəvanın bununla həm Rusiya ilə münasibəti korlandı. Çünlki həmin məsələdə Moskvanın istədiyi olmadı. Ermənilər həmçinin Qərblə də münasibəti korladılar. Çünki Qərbə də sonadək sadiq qalmadılar. Belədə qarşıdakı seçkilərdə nə Rusiya, nə də Qərb onları dəstəkləməyəcək”.

Politoloq onu da vurğuladı ki, ermənilər hər zaman başqalarının əlində alət olublar: "Bütün  bundal ermənilərin dövlətçilik ənənəsinin olmamasından, başqalarının əlində alət olmalarından  qaynaqlanır. Bu vəziyyət belə bir rəy formalaşdırır ki, Ermənistan dövlət deyil və ola da bilməyəcək.  İrəvan BMT Baş Assambleyasında, Avropa Şurasında  və digər beynəlxalq təşkilatlarda dəfələrlə bu tip anormal çıxış edib, anormal təkliflər gündəmə gətiriblər.  Hər dəfə də tutduqları mövqedən ya geri çəkilib,  ya da ağılsız mövqe tutublar.  Bu da onların beynəlxalq miqyasda heç bir nüfuza malik olmadıqlarının bariz nümunəsidir”

Elçin
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR