Logo

Deputatlar Bolqarıstanda parlament seçkilərini müşahidə edəcək

Deputatlar Bolqarıstanda parlament seçkilərini müşahidə edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün aprelin 2-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Rauf Əliyev isə Milli Məclisin xətti ilə seçkiləri izləyəcək.

Aprelin 4-də keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitə, seçicilərin fəallığına diqqət yetirəcək, prosesin gedişini müşahidə edəcəklər.

Səfər aprelin 6-da başa çatacaq.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR