Prezident Türkiyəyə və Ərdoğana təşəkkür etdi

Prezident Türkiyəyə və Ərdoğana təşəkkür etdi
"Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi”. 

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi: "Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər”.

OXŞAR XƏBƏRLƏR

Adi naringi qabıqları qızıl qiymətinə: Bunun üçün minlərlə dollar xərcləyirlər

Çin mətbəxi və qeyri-adi maddələri ilə məşhurdur. Onlardan biri də əsrlər boyu müalicəvi xüsusiyyətlərinə görə qiymətləndirilən Xinhui (Sinxuy) şəhərindən alına...

Dərisi gümüşə çevrildi: Həkimlər bunun niyə baş verdiyini başa düşə bilmirlər

Honq-Konqdan olan 84 yaşlı kişi sidik yollarının obstruksiyasından yaranan ağırlaşmalarla xəstəxanaya qəbul edilib, lakin onun işi həkimləri buna görə deyil, də...

Yeniyetmə ölkədə kütləvi iğtişaşlara səbəb olan qətli etiraf etdi

Böyük Britaniyada 18 yaşlı yeniyetmə Aksel Rudakubana məhkəmədə Southportda üç körpə qızın qətlini etiraf edib. Cinayət ölkədə kütləvi iğtişaşlara səbəb olub. ...

ABŞ-nin keçmiş prezidenti Co Bayden Kapitolidən helikopterlə ayrıldı

ABŞ-nin keçmiş prezidenti Co Bayden Prezident Donald Tramp və vitse-prezident J.D.Vensin inauqurasiya mərasimindən sonra Kapitolini tərk edib.    ...

Donald Tramp Marsa ABŞ bayrağı sancacağına söz verib

ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimində çıxışı zamanı Amerika astronavtlarının iştirakı ilə Marsa missiya təşkil etmək niyyətini açıqlayıb.   ...

Dünya liderləri Trampı təbrik edir

Dünya liderləri ABŞ Prezidenti Donald Trampı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edir.   Sfera.az xəbər verir ki, bır sıra dövlət başç...