BMT Baş Assambleyasının Sədri Azərbaycana səfər edəcək
Kateqoriya məlum deyil
BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının Sədri Volkan Bozkır Azərbaycana səfər edəcək.
Sfera.az-ın verdiyi xəbərə görə, bunu BMT Baş Assambleyasının Prezidentinin mətbuat katibi Brenden Varma deyib.
Onun sözlərinə görə, səfər 1-12 aprel tarixlərində baş tutacaq. Volkan Bozkır öncə Türkiyəyə səfər edəcək. Daha sonra Qətər və Azərbaycanda olacaq.






