Logo

Gürcüstanın yoxluğu yeni birliyin yaranmasına maneə olacaq? – Rəylər

Gürcüstanın yoxluğu yeni birliyin yaranmasına maneə olacaq? – Rəylər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu günlərdə verdiyi açıqlamada ölkəsinin regionda yaranmış son durum fonunda haqqında söhbət gedən Azərbaycan, Türkiyə, İran, Rusiya, Ermənistan və Gürcüstandan ibarət "altılıq” formatında  iştirakını mümkünsüz hesab edib. Bunu o, Gürcüstan ərazisinin bir hissəsinin Rusiya tərəfindən ilhaq edilməsilə əlaqələndirib. Əvəzində o, Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət  "üçlük” formatını təklif edib.

Görəsən, Tiflisin sözegedən "altılıq” formatından imtina etməsi həmin layihənin gerçəkləşməsinə maneə ola biləcək, ya yox?

Məsələ ilə  bağlı Sfera.az-a danışan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Tiflisin sözügedən formatda təmsil olunmaq istəməməsi onun gerçəkləşməsinə maneə ola bilməyəcək:

"Sayın neçə olmasının heç bir mənası yoxdur.  Real iqtisadi maraqlar və layihələr bu formatın 6-lıq və yaxud 4-lük formasında olacağını sonra göstərəcək. Burada əsas məsələ siyasi iradə və siyasi niyyətdən irəli gəlir. Sayın neçə olmasından asılı olmayaraq, hesab edirəm ki,  sözügedən model çox perspektivlidir. Həmin altılıq formatında bir çox ölkələr var ki, digərlərilə münasibətləri heç də yaxşı deyil. Əsas məntiq odur ki, regionda yeni kommunikasiya bağlantıları yaranır. Verilən bu imkanlar sonda formatın sayını və əməkdaşlığın səviyyəsini praktik olaraq dəqiqləşdirəcək”.

"Əməkdaşlıq müəyyən dərəcədə məhdudlaşa bilər, amma ümumi mənada  bu, əməkdaşlıq formatına maneə  yaratmayacaq”

Bu sözləri isə sayta Milli Məclisin deputatı Asim Mollazadə deyib: "Azərbaycanla Gürcüstan gözəl münasibətlərə malikdir.  Anoloji münasibət Tiflislə Ankara arasında da mövcuddur.  Problem Gürcüstan Rusiya münasibətlərilə bağlıdır.  Bu mənada Tiflisin Moskva ilə əməkdaşlığının alınmaması təbiidir. Ona görə düşünürük ki, bu istiqamətdə əməkdaşlıq məhdudlaşdırıla da bilər.  Amma bu hal ümumi mənada sülh və əməkdaşlıq formatının yaradılmasına manerəçilik törətməyəcək”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR