Logo

Hulusi Akar Sergey Şoyqu ilə danışıqlar apardı

Hulusi Akar Sergey Şoyqu ilə danışıqlar apardı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Sfera.az xəbər verir ki, bu barədə Akar media nümayəndələrinə açıqlamasında deyib.

Bildirilib ki, danışıqlar zamanı Suriyadakı qanun pozuntuları müzakirə edilib. Terror qruplarının qısa müddətdə nəzarət altına alınması və onlara qarşı mübarizə tədbirlərinin zəruriliyi ifadə edilib.

Akar bununla bağlı rusiyalı həmkarı ilə həmfikir olduqlarını diqqətə çatdırıb. O, həmçinin bu il martın 1-dən indiyədək Suriyanın şimalında 200-dən çox terrorçunun zərərsizləşdirildiyini qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR