“ATƏT bölgədə yaranan yeni reallıqları həzm etmək istəmir” - Açıqlama
Kateqoriya məlum deyil
"Bu hal açıq şəkildə göstərir ki, Qərb Qarabağ probleminin həllində maraqlı deyil. ATƏT rəhbərinin separatçı rejim "rəsmilərilə” bu sayaq görüşləri məsələni həll etmək yox, problemi qızışdırmaq, Ermənistan Azərbaycan arasında yeni qarşıdurma yaratmaq məqsədi güdür”.
Bu sözləri Sfera.az-a açıqlamasında regionda səfərdə olan ATƏT sədri Ann Lindenin Azərbaycan və Ermənistana səfərlərin ardınca separatçı rejimin qondarma "xarici işlər naziri” David Babayanla görüşməsinə münasibət bildirərkən, politoloq Qabil Hüserynli deyib:
"ATƏT-i yenidən nizamlama prosesinə qatmaqla 40-45 minlik erməni üçün öz müqəddəratını təyinetmə əsasında yenə də nələrisə icad etmək, nələrinsə ətrafında diskusiya açmaq cəhdləri var. ATƏT sədrinin belə mövqeyi düzgün yanaşma tərzi deyil və bu günə qədər yürütdükləri yanaşma tərzinin davamıdır”.Həmsöhbətimizə görə, bu addım onu göstərir ki, ATƏT bölgədə yaranan yeni reallıqları həzm etmək istəmir: "Halbuki bölgədə reallıqlar tamamilə dəyişib, yeni vəziyyət formalaşıb. Bu reallığın qəbul edilməsi üçün beynəlxalq təşkilatlar da öz yanaşma tərzini dəyişməlidir. Amma təəssüf ki, bu hiss olunmur”.
Elçin
Sfera.az





