Logo

Bakı ilə əlaqələri gücləndirməliyik - Ekspert

Bakı ilə əlaqələri gücləndirməliyik - Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Birgə investisiya layihələrində Azərbaycan kapitalını Moldova iqtisadiyyatına cəlb etmək imkanlarını axtarmaq lazımdır. Ticarət əlaqələrini və mədəni əlaqələri inkişaf etdirməliyik.

Sfera.az xəbər verir ki, bunu Səmərəli Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitali Andriyevski deyib.

Onun sözlərinə görə, Azərbaycanla iqtisadi-ticarət əlaqələrin inkişafı Moldova iqtisadiyyatı üçün yeni perspektivlər açar.

"Moldova Azərbaycan ilə əməkdaşlığı gücləndirməlidir. Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli Moldovada tətbiq edilə bilər”, - deyə V.Andriyevski bildirib.

Moldovalı analitik hesab edir ki, Azərbaycanda məsuliyyətli hökumət, siyasi və iqtisadi sabitlik buranı xarici sərmayəçilər üçün cəlbedici ölkə edib. (Azərtac)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR