Əli Əsədov türkiyəli nazirlə görüşdü
Kateqoriya məlum deyil
Baş nazir Əli Əsədov Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmirlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Türkiyə ilə Azərbaycan arasında bitkiçilik, heyvandarlıq, aqrar sığorta sahəsində təcrübə mübadiləsi, aqrar sahədə təhsil, suyun idarə olunması, ətraf mühitin qorunması və inkişafı, yaşıl enerji və işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunub.






