Prezident: “Füzuli şəhərindən əsər-əlamət qalmayıb” - VİDEO
Kateqoriya məlum deyil
"Yenə azad edilmiş torpaqlardayıq. Füzulidən işğaldan azad edilmiş Xocavənd rayonuna gedirik"
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib: "Yol boyunca bütün yaşayış məntəqələrinin dağıdılmasının bir daha şahidi oluruq. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Bu dağıntılar müharibədən sonra baş vermişdir. Birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdı, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb. Bura Füzuli şəhəridir. Amma şəhərdən əsər-əlamət qalmayıb. Şəhər yoxdur, dağıdılıb”.
Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstagram səhifəsində paylaşıb.
//






