Livanın XİN rəhbəri Nacaryana görə Azərbaycana təşəkkür etdi
Kateqoriya məlum deyil
Livanın xarici işlər naziri Şarbel Vahbi Qarabağ müharibəsi zamanı əsir düşmüş erməni əsilli Maral Nacaryanın azad edilməsinə görə Azərbaycana təşəkkür edib.
Sfera.az xəbər verir ki, bu barədə "Armenpress" Livan Milli Agentliyinə istinadən məlumat yayıb.
XİN rəhbəri Livan vətəndaşı olan Nacaryanın azad edilməsinə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Rusiya və Azərbaycana təşəkkürünü bildirib.
Xatırladaq ki, Nacaryan Ermənistan və Livan vətəndaşlığına malikdir. O, Qarabağda bir sıra qanunsuz əməllərə yol verib.






