Logo

Akif Çağatay Kılıç: “Azərbaycana dəstək olmaq üçün gəlmişik”

Akif Çağatay Kılıç: “Azərbaycana dəstək olmaq üçün gəlmişik”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünən Azərbaycana gəldikdən sonra ilk olaraq Prezident İlham Əliyev bizi qəbul etdi. Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdük”.

Sfera.az-ın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugün Şəhidlər Xiyabanını ziyarət ediblər: "Həmçinin mərhum prezident Heydər Əliyevin də məzarını ziyarət etdik. Biraz əvvəl də xarici işlər naziri Ceyhun Bayramovun qonağı olduq”.

O xatırladıb ki, 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib: "Biz Azərbaycana dəstək olmaq üçün bura gəlmişik. Azərbaycanda Türkiyəyə və Türkiyədən gələn hər kəsə qarşı çox böyük sevgi var. Türkiyədə də azərbaycanlı qardaşlarımıza çox böyük dəstək verirlər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR