Logo

“Yenə dəmir yumruqla qarşılaşmalı olacaqlar” - Politoloq

“Yenə dəmir yumruqla qarşılaşmalı olacaqlar” - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan hərb meydanında öz sözünü deyib.  İndi qalır, sözümüzü masada, diplomatik müstəvidə çatdırmaq. Görünən odur ki, hələ də hər şey Azərbaycanın tam istədiyi şəkildə getmir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan ordusunun şəxsi heyətinin qanunsuz olaraq Azərbaycan ərazisinə hərbi xidmət üçün göndərildiyi barədə qəbul etdiyi  bəyanatdı dəyərləndirərkən politoloq Cümşüd Nuriyev deyib:

"Qarşımızda Rusiya dayanır. Rusiya nəyi sifariş etsə, Ermənistan da onu icra edir. Bu mənada öncə  Moskvanın tutduğu mövqeyə baxmalıyıq. Hazırda isə görünən odur ki, Moskvanın tutduğu mövqe daha çox Azərbaycana təsir "rıçaq”larının sayını artırmağa yönəlib. Milli Məclisdə də ermənilərin bu qanunsuz hərəkətləri müzakirə olunmalıdır. Çünki parlament məhz bu kimi məsələlərə daha ciddi diqqət etməli, reaksiya verməlidir. Amma bütün hallarda Azərbaycan özü öz məsələsini, problemini həll edir”.

Politoloq düşünür ki,  belə davam edəcəyi təqdirdə, düşmən yenidən dəmir yumruqla qarşılaşmalı olacaq: "Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, növbəti dəfə Ermənistan yenidən dəmir yumruqla qarşılaşmalı olacaq. İmkan verməyəcəyik ki, ermənilər və onların tərəfdarları hansısa arzuolunmaz addımlar atsın”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR