Qənirə Paşayeva tanınmış ziyalılarla görüşdü
Sfera.az xəbər verir ki, görüşdə ədəbiyyat, mədəniyyət sahəsində çalışan ziyalıların, ədəbiyyatçıların və onların başçılıq etdiyi, təmsil olunduğu qurumların "Nizami İli"ndə - haqlı olaraq mədəniyyət ili kimi xarakterizə olunan 2021-ci ildə həyata keçirməyi planlaşdırdığı layihələr, tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Komitə sədri istər 2020-ci ilin iyulunda Tovuzda baş vermiş döyüşlər, istərsə də 44 günlük Vətən müharibəsi zamanı türk ölkə və topluluqlarından olan qələm adamlarının Azərbaycana mənəvi dəstəyinin təmin edilməsi, eləcə də döyüşən orduya mənəvi dəstək göstərilməsi sahəsində görüş iştirakçılarının yaddaalan fəaliyyətini xatırladıb, onlara yeni uğurlar arzulayıb.
Ziyalılar səmimi görüş üçün Komitə sədrinə təşəkkür edərək, rəhbərlik etdikləri qurumlar adından ona fəxri fərman və plaketlər təqdim edib.
Komitə sədri Q.Paşayeva yazarlara Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.






