Logo

Yeni YAP-çı köhnə YAP-ı tənqid etdi

Yeni YAP-çı köhnə YAP-ı tənqid etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Öz imiclərini ləkələyənlərin Yeni Azərbaycan Partiyasında yüksək vəzifə tutmaları partiyanın imicinə də xələl gətirirsə, həmin şəxslər kənarlaşdırılmalıdır”.

Sfera.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında hakim partiyaya yeni üzv olan, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

O bildirib ki, partiyadan uzaqlaşdırılma mövzusunda yaş məsələsini qabartmaq düzgün deyil. "Amma artıq partiyada aktiv fəaliyyət göstərə bilməyənlər, öz imicini ləkələyənlərin YAP-da yüksək vəzifə tutmaları partiyanın imicinə xələl gətirirsə, həmin şəxslər, təbii ki, kənarlaşdırılmalıdır. Ümumiyyətlə, YAP-a yeni nəfəslər - çalışmaq əzmi olan, cəmiyyətdə nüfuz sahibi, az-çox söz sahibliyinə malik olan, 5-10 nəfəri toplayıb qarşılarında çıxış etmək imkanı olan insanlar gətirilməlidir. Bu baxımdan hesab edirəm ki, YAP-ın keçiriləcək növbəti qurultayında, yəqin ki, bu məsələlərə diqqət yetiriləcək.

Ç.Qənizadə YAP-da ona vəzifə veriləcəyi ilə bağlı fikirlərə də münasibət bildirib: "Bununla bağlı heç bir məlumatım yoxdur. Bildiyiniz kimi, YAP-ın üzvüyəm, ölkənin ictima-siyasi həyatında olan bir şəxsəm, yəni partiya rəhbərliyi nəsə nəzərdə tutacaqsa, bu başqa məsələ. Amma təkrar edirəm, bu məsələ ilə bağlı heç nə eşitməmişəm”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR