Logo

Sabah Moskvada üçtərəfli görüş KEÇİRİLƏCƏK

Sabah Moskvada üçtərəfli görüş KEÇİRİLƏCƏK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri fevralın 27-də yenidən görüşəcək.

Sfera.az xəbər verir ki, hər üç tərəf Moskvada görüşə gələcəklərini təsdiqləyiblər. Üçtərəfli Komissiya çərçivəsində Şahid Mustafayev, Mqer Qriqoryan və Aleksey Ocerçuk ilk dəfə yanvarın 30-da görüşmüşdülər.

Həmin görüş zamanı 2 ekspert yarımqruplarının yaradılması barədə razılıq əldə edilmişdi. Birinci altqrupa İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi, ikinci yarımqrupa isə yenə də XİN, DTX, ərzaq təhlükəsizliyi və inspeksiya orqanları daxil edilib.

Görüşdə Cənubi Qafqazda dəmir yolu və avtomobil yolları kommunikasiyalarının tam açılması müzakirə olunacaq./Modern.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR