Logo

“Biz Dağlıq Qarabağ ifadəsini işlətməməliyik”

“Biz Dağlıq Qarabağ ifadəsini işlətməməliyik”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Bizim qənaətimizə görə bu belədir”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan münaqişəni həll edib və 10 noyabrda imzalanan bəyanat bunu təsdiq edir:

"Ermənistan üçün, erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər yaxşı olar. Erməni xalqına yanlış vədlər vermək lazım deyil. Status məsələsi isə ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Qarabağ Azərbaycanın əzəli torpağıdır.

Bu gün Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın bir hissəsidir. Statusla bağlı məsələni kimsə qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir. Bundan sonra Azərbaycan və erməni xalqının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də demişəm”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR