Bostonda 26 fevral Xocalı faciəsinin anım günü elan edildi - FOTO
Sfera.az xəbər verir ki, şəhərin meri Marti Uolş bununla bağlı bəyannamə imzalayıb.
Fevralın 26-da Amerika azərbaycanlıları, Azərbaycan xalqı, eləcə də Azərbaycanın dünyadakı dostları Human Rights Watch təşkilatının "1990-cı illərin ən böyük qırğını” adlandırdığı Xocalı soyqırımının 29-cu ilini anacaq.
Bəyənnamədə qeyd olunub ki, 1992-ci ilin 25 və 26 fevral tarixlərində, Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal edib, 83 uşaq və 70 qoca, 106 qadın da daxil olmaqla 613 mülki şəxs öldürülüb. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb,1275 mülki şəxs girov götürülüb, 150 nəfər itkin düşüb.
Qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümü ABŞ-ın Corciya ştatının Atlanta, Tennesi ştatının Naşvil, eləcə də Nyu-York və Vaşinqton şəhərlərində də anılacaq.







