Logo

Salvador vətəndaşından Qarabağla bağlı MÜRACİƏT - VİDEO

Salvador vətəndaşından Qarabağla bağlı MÜRACİƏT - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Salvador vətəndaşı, ispan dili müəllimi və Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin fəxri üzvü Karlos NAvarrete Qarabağla bağlı videomüraciət edib.

Sfera.az bildirir ki, Azərbaycanı sevən və onun mədəni tarixi zənginliyinə hörmətlə yanaşan Karlos Navarrete videomüraciətdə Azərbaycan dilində deyir:

"Mən Karlos Navarrete, on il Azərbaycanda yaşamışam".

Qarabağla bağlı Karlos bu sözləri vurğulayıb:

"Çox təəsüflənirəm ki, müharibədən sonra da ermənilərin Azərbaycan ərazisində törətdiyi ekoloji terror, vandalizm və vəhşiliklər davam edirdi".

O, erməni işğalı nəticəsində xeyli sayda insanın məcburi köçkün və qaçqın olmasını, o cümlədən ermənilərin digər işğaldan azad olunmuş Azərbaycan ərazilərində ekoloji, mədəni cinayətlər törədib, mənəvi və maddi ziyan vurmalarını da vurğulayıb.

"Ümid varam ki, həmin ərazidə bir daha münaqişə olmaz. Sülh və əminamanlıq arzu edirəm!", - deyə K.Navarrete qeyd edib.

Salvador vətəndaşından Qarabağla bağlı MÜRACİƏT - VİDEO
Salvador vətəndaşından Qarabağla bağlı MÜRACİƏT - VİDEO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR