Logo

Mahir Qurbanov ispan saytına müsahibə verib - VİDEO

Mahir Qurbanov ispan saytına müsahibə verib - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan və İspaniya arasında ticarət və əməkdaşlıq potensialı böyükdür".

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov İspaniyanın tanınmış "tendenciaybelleza.com" xəbər saytına bildirib.

"Azərbaycan İspaniya Krallığı ilə münasibətlərə və əməkdaşlığa fayda verən hərtərəfli qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan İspaniyanı dünyanın ən inkişaf etmiş və qabaqcıl ölkələrindən biri olmaqla yanaşı, iqtisadiyyatı və sosial inkişafının iddialı vəzifələrinin həyata keçirilməsində, Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla əlaqələrinin və əməkdaşlığının gücləndirilməsində mühüm potensial tərəfdaş kimi qəbul edir.

İspaniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi. Azərbaycan İspaniya ilə diplomatik münasibətlərini 1992-ci ildə qurdu.

Hazırda İspaniya şirkətləri nəqliyyat və infrastruktur, lojistik, İKT, kənd təsərrüfatı və qida, maliyyə, kimya və neft-kimya sektoru və turizm sektoru kimi sahələrin inkişafında iştirak edirlər", - deyə o bildirib.

Dağlıq Qarabağla bağlı olan suala cavabında isə Mahir Qurbanov bildirib ki, "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Qarabağ tarixi Azərbaycan torpağıdır:

"Bütün təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və mövqeyimizi qoruyur. İkinci Qarabağ müharibəsinin bu döyüşləri göstərdi ki, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Nikol Paşinyan isə öz məğlubiyyətilə barışdı".

Qeyd edək ki, Mahir Qurbanov indiyə kimi əksər ispandilli kütləvi informasiya vasitələrində Qarabağla bağlı çıxışlar edib.

Onun Qarabağla bağlı həqiqətləri məruzə etməsindən sonra "Tendencia y Belleza" saytı bu məsələ ilə əlaqədər Ermənistanın Madriddəki səfirliyi ilə əlaqə saxlayaraq onların mövqeyini soruşub. Ancaq səfirlik bu suala yaxın zamanda cavab verəcəklərini söyləyib.

Mahir Qurbanov Barselona Universitetinin Hüquq fakültəsində siyasi təhlil və beynəlxalq məsləhətlər üzrə magistr dərəcəsi almaq üçün bir müddət İspaniyada yaşayıb. O, ispan və katalon dillərində səlis danışır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR