Logo

"Hərbi hədəfləri məhv etmək üçün Azərbaycanın tam hüququ var idi" - Deputat

"Hərbi hədəfləri məhv etmək üçün Azərbaycanın tam hüququ var idi" - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İşğalçı Ermənistanın sabiq prezidenti Serj Sarkisyan "Armnews” kanalına verdiyi müsahibədə erməni silahlı birləşmələrinin Gəncədəki mülki yaşayış məntəqələrini qəsdən hədəfə aldıqlarını, eyni zamanda əməliyyatların son günlərində Şuşa istiqamətində "İskəndər” əməliyyat-taktiki ballistik raket sistemindən istifadə etdiklərini bildirib".

Bunu Sfera.az-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu etiraf əslində Azərbaycanın Ermənistana qarşı Cenevrə Konvensiyaları və onların Əlavə protokolları da daxil olmaqla bir çox beynəlxalq sənədlərin müddəalarının kobud şəkildə pozulmasına dair iddialarının əsaslı olduğunu təsdiqləyir.

"Məlumdur ki, 44 günlük müharibə dövründə Ermənistan Azərbaycanın döyüş zonasından kilometrlərlə uzaq məsafədə yerləşən ərazilərində mülki şəxslərə və mülki infrastruktura qadağan olunmuş silahlarla zərbələr endirib. Nəticədə 12-si uşaq olmaqla, 94 mülki şəxs həlak olub. Yaralanan 414 mülki şəxsdən 54-ü azyaşlıdır. Bütün bu faktlar detallı şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunub. Gəncə və Bərdə terrorunun dəhşətli görüntüləri barədə faktlar göz önündədir. Ermənistan tərəfi isə israrla münaqişə barədə saxta xəbərlər yaymaqda davam edirdi. Qarşı tərəf Prezident İlham Əliyevin də söylədiyi kimi, bu terror aktlarının guya Azərbaycanın özünün törətməsi barədə cəfəng iddialar səsləndirirdi.

Azərbaycan rəhbərliyi də dəfələrlə bəyan edib ki, bizim mübarizəmiz erməni xalqı ilə deyil. Bizim mübarizəmiz haqq mübarizəsidir. "Biz öz ərazi bütövlüyümüzü bərpa edirik və bu istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib” deyən dövlət başçısı xarici KİV-lərə açıqlamasında da bəyan etmişdi ki, müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrinin bütün hədəfləri hərbi hədəflər olub".

Könül Nurullayeva qeyd edib ki, hərbi hədəfləri məhv etmək üçün isə Azərbaycan tərəfinin tam hüququ var idi.

"Çünki məhz erməni hərbi obyektləri faktiki olaraq bizim ordumuza və şəhərlərimizə böyük ziyan vururdu. Təbii ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi hədəfləri zərərsizləşdirirdi. Ermənistan tərəfi isə məqsədli şəkildə hərbi toplantıları mədəniyyət obyektlərində təşkil edir, kilsələrdən, uşaq bağçalarından hərbi məqsədlər üçün istifadə edirdi. Bununla öz müharibə cinayətlərini ört-basdır etməyə can atırdılar. Lakin buna nail ola bilmədilər. Ermənistan rəhbərliyi gec-tez törətdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verəcək".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR