Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirildi
Kateqoriya məlum deyil
Moskvada Rusiya, Azərbaycan xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko və Xələf Xələfov arasında görüş keçirilib.
Sfera.az xəbər verir ki, görüşdə ikitərəfli, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunub.
"Danışıqlar ənənəvi olaraq ölkələrimiz arasında olan strateji tərəfdaşlıq münasibətlərinə uyğun konstruktiv və dostluq atmosferində keçib", deyə Rusiya XiN-in məlumatında qeyd olunub.






