Logo

"Bu Azərbaycan xalqının ağrısıdır" - Xocalı soyqırımı ilə bağlı VİDEOMÜRACİƏT

"Bu Azərbaycan xalqının ağrısıdır" - Xocalı soyqırımı ilə bağlı VİDEOMÜRACİƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı soyqırım törədilməsidir. Bu Xocalı soyqırımıdır. Bu Azərbaycan xalqının ağrısıdır".

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov yaydığı videomüraciətdə bildirib.

"Xocalı həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində "Xocalıya ədalət” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə qeyd etmək lazımdır.

Məhz Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində indi dünya ölkələri ermənilərin törətdiyi Xocalı soyqırımı haqqında daha düzgün məlumatlandırılır", - deyə M.Qurbanov qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR