Logo

Ceyhun Bayramov ABŞ rəsmisi ilə danışdı - Qarabağ məsələsinin müzakirəsi

Ceyhun Bayramov ABŞ rəsmisi ilə danışdı - Qarabağ məsələsinin müzakirəsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Bu barədə Sfera.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR