UNESCO yaxın zamanlarda azad edilmiş ərazilərə missiya göndərə bilər
Kateqoriya məlum deyil
Hazırda UNESCO missiyasının Azərbaycanın azad edilmiş ərazilərinə göndərilməsi məsələsi müzakirə olunur.
Sfera.az-ın Trend-ə istinadən məlumatına görə missiya yaxın zamanlarda baş tuta bilər.
Qeyd edək ki, Azərbaycan dəfələrlə UNESCO-ya son 30 il ərzində işğal altında olmuş ərazilərdə mədəni irs obyektlərinin monitorinqi məqsədilə missiya yollaması üçün müraciət etsə də, bu müraciətlər cavabsız qalırdı.






