Azərbaycan-İtaliya strateji tərəfdaşlığında YENİ KEYFİYYƏT MƏRHƏLƏSİ
Ölkəmiz region dövlətləri ilə yanaşın digər qütblərdə qərarlaşan dövlətlərlə sıx əlaqədədir. Belə strateji tərəfdaş olduğumuz ölkələrdən biri də İtaliyadır.
Ölkə başçısının ötən gün İtaliya-Azərbaycan universitetin yaradılması ilə bağlı açıqlama verməsi də buna nümunə sayıla bilər. İtaliya Azərbaycan arasında strateji tərəfdaşlıq bundan sonrakı mərhələdə xüsusi önəm kəsb edir.
Qeyd edək ki, Vətən müharibəsi dövründə dəfələrlə İtaliya mətbuatında Azərbaycanın haqlı mövqeyinin əks olunması ilə bağlı məlumatlar yayımlanıb.
Nümunə kimi İtaliyanın "La Republica” qəzetində xüsusi müxbir Peitro Del Renin müəllifi olduğu "Azərbaycanlıların fəryadı: "Məhz bu səbəbdən Dağlıq Qarabağın ayrılmasını qəbul edə bilmərik” adlı məqalənin dərc olunduğu göstərə bilərik. Məqalədə münaqişənin tarixinə və acı nəticələrinə də toxunulurdu. Həmçinin, "Human Rights Watch” təşkilatına istinadən 1992-ci ildə Ermənistan ordusu tərəfindən Xocalıda mülki əhaliyə qarşı soyqırımı törədildiyi, rəsmi rəqəmlərə görə 106 qadın və 83 uşaq olmaqla 613 mülki şəxsin qətlə yetirildiyi bildirilirdi.
Bundan başqa İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü, senator Stefano Luçidi Ermənistan hərbi qüvvələrinin atəşkəs rejimini pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama vermişdi. Ermənistan tərəfindən atəşkəsin pozulması və Azərbaycan şəhərlərinə qarşı kaset bombalardan hücumlar etməsi ilə bağlı xəbərlərin daxil olduğunu bildirən senator S.Luçidi qeyd etmişdi ki, Ermənistan silahlı qüvvələri 11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və təmas xəttindən uzaqda yerləşən Gəncə şəhərinə raket hücumları edib, nəticədə 10 nəfər mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb. Senator İtaliya hökumətinin Moskvada əldə olunan atəşkəsin pozulmasını qəti şəkildə pisləməli olduğunu deyib, bu bölgədə sabitliyin təmin olmasının istər əhalinin təhlükəsizliyi, istərsə də İtaliyanın maraqları baxımdan çox vacib olduğunu vurğulamışdı.
Ümumilikdə bu kimi faktlar çoxdur. Bu da onu deməyə əsas verir ki, Azərbaycan -İtaliya strateji tərəfdaşlığının bundan sonrakı mərhələdə inkişafı qaçılmazdır və bu istiqamətdə uğurlu addımlar atılacaq.
Sfera.az
İnci






