Logo

Azərbaycan-İspaniya münasibətləri niyə vacibdir? - VİDEO MÜRACİƏT

Azərbaycan-İspaniya münasibətləri niyə vacibdir? - VİDEO MÜRACİƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan İspaniya Krallığı ilə münasibətlərə və əməkdaşlığa fayda verən hərtərəfli qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır".

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov yaydığı videomüraciətdə bildirib.

"Azərbaycan İspaniyanı dünyanın ən inkişaf etmiş və qabaqcıl ölkələrindən biri olmaqla yanaşı, iqtisadiyyatı və sosial inkişafının iddialı vəzifələrinin həyata keçirilməsində, Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla əlaqələrinin və əməkdaşlığının gücləndirilməsində mühüm potensial tərəfdaş kimi qəbul edir.

İspaniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi. Azərbaycan İspaniya ilə diplomatik münasibətlərini 1992-ci ildə qurdu.

Hazırda İspaniya şirkətləri nəqliyyat və infrastruktur, lojistik, İKT, kənd təsərrüfatı və qida, maliyyə, kimya və neft-kimya sektoru və turizm sektoru kimi sahələrin inkişafında iştirak edirlər", - deyə o bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR