Çilinin ölkəmizdəki səfirliyində görüş keçirildi - FOTO
Kateqoriya məlum deyil
Çilinin Müvəqqəti işlər vəkili Fidel Koloma bugün Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov ilə görüşüb.
Sfera.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın prinsipləri və gələcək idealar ətrafında keçiriləcək layihələr, o cümlədən iki dövlətin düşüncə mərkəzləri arasında yaranacaq sistemli iş barəsində söhbət açılıb.
Görüşdə ölkələrimizin arasında əlaqələrin hazırki səviyyəsindən razılıq ifadə olunub. Bu əlaqələrin daha da inkişaf etməsində vətəndaş cəmiyyətinin dəstəyi ilə bağlı edilə biləcək işlər müzakirə olunub.







