Logo

Argentinanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO

Argentinanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Argentinanın Fövqəladə və Səlahiyyətli səfiri Sergio Perez Gunella ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın prinsipləri və gələcək idealar ətrafında keçiriləcək layihələr, o cümlədən iki dövlətin düşüncə mərkəzləri arasında yaranacaq sistemli iş barəsində söhbət açılıb.

Görüşdə ölkələrimizin arasında əlaqələrin hazırki səviyyəsindən razılıq ifadə olunub. Bu əlaqələrin daha da inkişaf etməsində vətəndaş cəmiyyətinin dəstəyi ilə bağlı edilə biləcək işlər müzakirə olunub.

Səfir Sergio Perez bunun ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə inkişafına, o cümlədən düşüncə mərkəzlərinin arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir, Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini bildirib. O deyib ki, ölkəmizdə şahidi olduğu qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.

Argentinanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR