Logo

Zakir Həsənov: "44 günlük müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpasıyla başa çatıb”

Zakir Həsənov: "44 günlük müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpasıyla başa çatıb”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"2020-ci ilin sentyabrın 27-si tarixində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq, əks-hücum əməliyyatı həyata keçirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb”.

Sfera.az-ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

O xatırladıb ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR