Logo

Qarabağda daha bir neçə erməni hərbçinin meyiti tapıldı

Qarabağda daha bir neçə erməni hərbçinin meyiti tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İkinci Qarabağ müharibəsində zərərsizləşdirilmiş daha 15 erməni hərbçinin meyiti tapılıb.

Sfera.az xəbər verir ki, bunu qondarma rejimin "Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.

Məlumata görə, 13 hərbçinin qalıqları Cəbrayılda, 1-i Xocavənddə aşkarlanıb, digərini isə Azərbaycan tərəfi təhvil verib.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizanın aparılması lazım olacaq.

Axtarış işləri bu gün Hadrut və Qubadlı istiqamətində davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 29-dək döyüş bölgəsindən 1 344 erməninin qalıqları aşkarlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR