Bakı ilə Yerevana qaytarılan hərbi əsirlərin sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
"Bu günə qədər Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan
və Ermənistan arasında hərbi əsirlərin mübadiləsi prosesi çərçivəsində 55-dən
çox Ermənistan Respublikası vətəndaşı və 15 Azərbaycan Respublikası vətəndaşı vətənlərinə
qaytarılıb”.
Sfera.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Mərkəzinin rəis müavini, polkovnik Dmitri Perepelkin keçirdiyi brifinqdə məlumat verib.
"Rusiya sülhməramlı kontingentinin komandanlığının səyləri ilə yanvarın 28-də Azərbaycanla Ermənistan arasında daha bir hərbi əsir mübadiləsi baş verdi. 1 hərbçi Bakıya qaytarıldı, 5 Ermənistan vətəndaşı İrəvana təslim edildi”, - deyə o qeyd edib.






