Artur Rasizadə və Natiq Əliyev Gürcüstana gedəcək

Artur Rasizadə və Natiq Əliyev Gürcüstana gedəcək

 

Mayın 15-də Gürcüstanın Tbilisi şəhərində "Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş mərasim keçiriləcək.

Energetika nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycanı bu mərasimdə baş nazir Artur Rəsizadə və energetika naziri Natiq Əliyev təmsil edəcək. 

"Şərq-Qərb” enerji dəhlizinin əsası Bakı-Supsa neft ixrac boru kəməri ilə başlanır. 1996-cı il mart ayının 8-də Azərbaycan və Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəqlinə dair hökumətlərarası sazişin imzalanması ilə Bakı-Supsa neft ixrac boru kəməri layihəsinə start verilib. 

Uzunluğu 830 km, layihə gücü ildə 5,1 mln. ton, gündəlik maksimum ötürmə gücü 115 min barel olan bu kəmərin istismara buraxılması ilə Şərqlə Qərbi birləşdirən enerji dəhlizinin təməli qoyulub.

1999-cu il aprel ayının 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi baş tutub.

Bakı-Supsa Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmərdir. 

Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu boru kəməri ilə 76,3 mln. ton neft nəql olunub.


OXŞAR XƏBƏRLƏR

21 yaşlı qız kəskin ağciyər çatışmazlığından ÖLDÜ

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Saatlı şəhər...

Məşhur cütlüyün uşağı öldü - FOTO

Türkiyənin məşhur bloger cütlüyü Seda və Nisan Özkanın övladı tələf olub.   Sfera.az xəbər verir ki, bu barədə onlar özləri məlumat yayıb.   ...

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola salındı

Bu gün Şuşa və Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.   Sfera.az xəbər verir ki, Şuşa, Xocalı şəhərlərinə ...

Prezident İlham Əliyev Kayrat Sarıbayı QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı ...

Tanzaniyada səkkiz nəfər qızdırmadan ÖLDÜ

Tanzaniyada Marburq qızdırmasına yoluxmuş doqquz nəfərdən səkkizi ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ümumdüny...

ABŞ rəsmilərinin “Güc vasitəsilə sülhə nail olmaq” tezisi nədən xəbər verir? - AÇIQLAMA

“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək”. Bu barədə ABŞ Dövlət katibi En...