Logo

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”: təxliyə...

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”: təxliyə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistan Türkiyənin Qars vilayətinə yaxın 2 kənddə köçürülmə-təxliyə təlimi keçirəcək.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlim sabahdan başlayacaq, 26 yanvarda bitəcək.

Təlimdə əhalinin məlumatlandırılması, evakuasiyası və sığınacaqların tapılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 1-dən Azərbaycan və Türkiyə hərbçilərinin Qars vilayətində son dövrlərin ən böyük hərbi təlimi başlayacaq. Bu təlim ərəfəsində ermənilərin təxliyəni "məşq etməsi” diqqət çəkib. (Axar.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR