Logo

Serbiya Azərbaycana borcunu qaytardı

Serbiya Azərbaycana borcunu qaytardı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Serbiya "Dəhliz 11" yolunun tikintisi üçün Azərbaycandan aldığı 172,7 milyon avro məbləğində borcunu vaxtından əvvəl ödəyib.

Sfera.az xəbər verir ki, bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib.

Qeyd olunur ki, borc Serbiyanın Kommersiya Bankının səhmlərinin 83,23 faizinin Sloveniyanın "Nova Ljubljanska" bankına 394,7 milyon avro məbləğində satılması hesabına ödənilib.

Xatırladaq ki, Serbiya "Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan 2012-ci ildə 300 milyon avro məbləğində borc almışdı. Tikinti işləri Azərbaycanın "AzVirt” tikinti şirkəti tərəfindən aparılırdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR