Logo

ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək

ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər edəcək.

Sfera.az təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, səfər yanvarın 11-də baş tutacaq.

Görüşlərdə Azərbaycanla ICESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Salim bin Məhəmməd əl-Malik Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR