Logo

Sahibə Qafarova gürcüstanlı həmkarını təbrik etdi

Sahibə Qafarova gürcüstanlı həmkarını təbrik etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Milli Məclisin sədri Sahibə Qafarova gürcüstanlı həmkarı Arçil Talakvadzeni yenidən Gürcüstan parlamentinin sədri seçilməsi münasibətilə təbrik edib.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

"Gürcüstan parlamentinin sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin sürətlə inkişaf etməsindən məmnunluq duyuram. İnanıram ki, parlamentlərarası əməkdaşlıq xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlavə təkan verəcəkdir", - deyə təbrik məktubunda qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR