Logo

Əli Əsədov Mişustinlə danışdı

Əli Əsədov Mişustinlə danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiya baş naziri Mixail Mişustin arasında bu gün telefon danışığı olub.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında tərəflər Qarabağda bərpa işləri və iqtisadi inkişafla bağlı birgə səylərin göstərilməsini vacib sayıblar.

Azərbaycan və Rusiya baş nazirləri iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, energetika, sənaye, nəqliyyat və digər sahələrdə birgə layihələrin reallaşdırılmasına xüsusi diqqət ayırıblar. Eyni zamanda yeni dərman vasitələri və peyvəndlərdən də istifadə edilməklə, yeni növ koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri də diqqət mərkəzində olub.

Ə.Əsədov və M.Mişustin qarşıdan gələn Yeni il münasibətilə bir-birini təbrik edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR