Ceyhun Bayramov daha bir həmkarı ilə bəyanatı müzakirə etdi
Kateqoriya məlum deyil
Bu gün
xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər
naziri Ruslan Kazakbaev arasında telefon danışığı baş tutub.
"Qafqazinfo” xəbər verir ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası və bölgədə mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ruslan Kazakbaev tərəfindən beynəlxalq hüququn bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar məmnunluq ifadə edilib.
Nazirlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.






