Qarabağda daha 8 erməni əsgərinin cəsədi tapıldı
Kateqoriya məlum deyil
Axtarış işləri zamanı Qarabağda daha
səkkiz erməni hərbçisinin qalıqları tapılıb.
Sfera.az "Novosti Armeniya”ya istinadən bildirir ki, bu barədə Ermənistan FHN-in nümayəndəsi Unan Tadevosyan məlumat verib.
Qeyd edilir ki, noyabrın 13-dən bəri döyüş əməliyyatları zonasında 1 069 erməni əsgərinin meyiti və qalıqları tapılıb.
Tadevosyan onu da bildirib ki, axtarış işləri Hadrut və Cəbrayıl istiqamətində aparılıb.






