Logo

İranın neft naziri Azərbaycana təşəkkür etdi

İranın neft naziri Azərbaycana təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İran OPEK+ çərçivəsində aktiv iştirakı və mövqeyinə görə Azərbaycana təşəkkür edir.

Sfera.az xəbər verir ki, bunu İranın neft naziri Bijən Zəngənə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdə deyib.

B.Zəngənənin sözlərinə görə, Azərbaycanla İranın münasibətləri yüksək səviyyədədir və bu münasibətlər daha da inkişaf edəcək: "Dünyanın neft bazarında OPEK+ çərçivəsi və addımları effektivdir. Neftin qiymətini münasib səviyyədə saxlamağa nail olacağımıza ümid edirəm".

Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, hazırkı şəraitdə bazarın qiymətinin yaxşılaşdırılması üçün OPEK+ çərçivəsi münasib mexanizmdir. Bu mexanizmin daha effektiv olması üçün onu genişləndirmək lazımdır.

Şahbazov əlavə edib ki, aprel ayında neft bazarının qarşısında duran problem OPEK+ mexanizmi ilə həll edildi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR