Logo

Meksikanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO

Meksikanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Meksikanın Fövqəladə və Səlahiyyətli səfiri Rodrigo Labardini ilə görüşüb.

Sfera.az bildirir ki, görüşdə ikitərəfli əməkdaşlığın prinsipləri və gələcək idealar ətrafında keçiriləcək layihələr, o cümlədən iki dövlətin düşüncə mərkəzləri arasında yaranacaq sistemli iş barəsində söhbət açılıb.

Görüşdə ölkələrimizin arasında əlaqələrin hazırki səviyyəsindən razılıq ifadə olunub. Bu əlaqələrin daha da inkişaf etməsində vətəndaş cəmiyyətinin dəstəyi ilə bağlı edilə biləcək işlər müzakirə olunub.

Səfir Rodriqo Labardini ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə inkişafına, o cümlədən düşüncə mərkəzlərinin arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək deyə qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir, Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini bildirib. O deyib ki, ölkəmizdə şahidi olduğu qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.

Meksikanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO
Meksikanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR