Logo

Ceyhun Bayramov Vendi Mortonla telefonla danışdı

Ceyhun Bayramov Vendi Mortonla telefonla danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.

XİN-dən Sfera.az-a bildirilib ki, nazirlər bölgədəki cari vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin iqlim dəyişikliyi və atmosferə buraxılan zərərli maddələrin azaldılması mövzusu, bu xüsusda BMT çərçivəsində təşəbbüslərin dəstəklənməsi, eləcə də enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR