Tək Millət, Tək Ürək” layihəsinə start verildi - FOTOLAR
Sfera.az xəbər verir ki, "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi tərəfindən həyata keçirilir.
Rəsmillər və türkiyəli qonaqlar Vətən müharibəsində şəhid olanların ailəsinə baş çəkiblər. Söhbət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib. "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində ehtiyaclarını ödəyəcək sovqatlar şəhid ailələrinə təqdim olunub.
Əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qardaşlıq siyasətinə, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın irimiqyaslı sosial siyasətinə dəstək verməkdən ibarətdir.
"Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Naftalan şəhərində bütün şəhid və qazi ailələrini əhatə edib.









