Logo

Prezident Elman Abdullayevi geri çağırdı - YENİ TƏYİNAT

Prezident Elman Abdullayevi geri çağırdı - YENİ TƏYİNAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident başqa bir sərəncamla Elman Abdullayevi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR