Logo

Türkiyə sanksiya qarşısında geri çəkilən deyil – Bəyanat

Türkiyə sanksiya qarşısında geri çəkilən deyil – Bəyanat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə Böyük Millət Məclisində (TBMM) 4 siyasi partiya ABŞ sanksiyalarına qarşı birgə bəyanat imzalayıb.

Sfera.az xəbər verir ki, bəyanatı hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiya imzalayıb.

Bəyanatda bildirilir ki, Türkiyə milli təhlükəsizliyinin təminatı üçün tələb olunan hər hansı bir addımı atmaqdan çəkinmir:

"Bu mövzuda təhdid və sanksiya qarşısında geri çəkiləcək ölkə deyilik. ABŞ tərəfindən atılan bu səhv addım müttəfiqlik ruhuna uyğun gəlmir”. (Axar.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR