Həştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
Bu gün Həştərxan şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
Sfera.az xəbər verir ki, ölməz Öndərin adını daşıyan parkda abidəsinin önünə tər çiçəklər düzülüb.
Tədbirdə İqtisadiyyat və Sənaye naziri Denis Aleksandroviç, Həştərxan vilayəti hökumətinin sədr müavini Mixail Boqomolov, Azərbaycan diasporasının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin isə Moskvada səfərdə olduğundan tədbirdə iştirak edə bilməyib.
Bildirilib ki, Azərbaycan Xəzər regionunda Həştərxan bölgəsi üçün əsas tərəfdaşlardan biridir:
"Uzun illərdir iqtisadi və sosial-mədəni sahələrdə çoxşaxəli qarşılıqlı əlaqələr inkişaf edir və möhkəmlənir.
Heydər Əliyev Fondunun fəal iştirakı ilə Həştərxanda bir sıra mühüm sosial-iqtisadi və humanitar layihələr həyata keçirilib. Bu, bölgəmizlə Azərbaycan arasında gələcək hərtərəfli əlaqələrin daha da genişləndirilməsinə yönəlmiş səmimi münasibətlərin göstəricisi və Heydər Əliyev təşəbbüslərinin davamıdır”.









Sfera.az






